ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də keçiriləcək "All-Star" oyununu buraxacaq.
"Report" ESPN-ə istinadən xəbər verir ki, buna səbəb hücumçunun Amerika Kubokunun finalında, Kolumbiya ilə oyunda (əlavə vaxtda 1:0) aldığı zədədir.
Onun komanda yoldaşı Luis Suares də ulduzların qarşılaşmasında iştirak etməyəcək.
Qeyd edək ki, iyulun 25-də Kolumbusda baş tutacaq "All-Star" matçında Meksika Liqasının və MLS-in ən yaxşı futbolçularından ibarət komandalar üz-üzə gələcək.