İngiltərə "Liverpul"u qapıçısı Alisson Bekerlə müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiperlə 6 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Beker 2018-ci ilin yayından Mersisayd təmsilçisində çıxış edir. 29 yaşlı qapıçı ötən mövsüm 42 oyunda meydana çıxıb və 41 qol buraxıb.