"Liverpul" futbolçusunu "Bavariya"ya satmaqdan imtina edib

"Liverpul" futbolçusunu "Bavariya"ya satmaqdan imtina edib İngiltərənin "Liverpul" klubu futbolçusu Sadio Maneni Almaniya "Bavariya"sına satmaqdan imtina edib.
Futbol
6 İyun , 2022 10:49
Liverpul futbolçusunu Bavariyaya satmaqdan imtina edib
Sadio Mane

İngiltərənin "Liverpul" klubu futbolçusu Sadio Maneni Almaniya "Bavariya"sına satmaqdan imtina edib.

"Report" "The Times"a istinadən xəbər verir ki, Münhen təmsilçisinin 30 yaşlı oyunçu üçün göndərdiyi təklif mersisaydlıları qane etməyib.

Almaniya çempionu seneqallı forvard üçün 21+4 milyon funt-sterlinq ödəmək istəyib. "Liverpul" isə bunu çox aşağı məbləğ sayıb.

Daha əvvəl "Bavariya"nın oyunçu ilə şəxsi razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi