İngiltərənin "Liverpul" klubu Kilian Mbappe ilə bağlı Fransa PSJ-sinə sorğu göndərib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, mersisaydlılar 23 yaşlı hücumçunu hazırkı transfer dönəmində əldə etməyin mümkün olub-olmadığını öyrənmək istəyib.
Paris təmsilçisi fransalı oyunçu ilə vidalaşmaq niyyətində olmadıqlarını və müqaviləsini yeniləmək üçün çalışacaqlarını vurğulayıb. Eyni zamanda, Mbappe karyerasını İspaniyanın "Real Madrid" klubunda davam etdirmək istəyir və başqa variantlarla maraqlanmır.
Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Onun Paris klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.