İngiltərənin "Liverpul" klubu Məhəmməd Salaha yeni müqavilə təklif etməyib.
"Report" “The Guardian”a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu özü müsahibəsində bildirib.
Misir millisinin üzvü mersisaydlıların ona yeni sözləşmə təklif etməməsinə görə məyus olduğunu vurğulayıb.
Qeyd edək ki, M.Salahın "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. O, cari mövsüm meydana çıxdığı 12 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.