İngiltərə Premyer Liqasının 22-ci turunun matçında "Liverpul" "Enfild" stadionunda "Brayton end Houv Albion"u qəbul edib.
“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qaşılaşmada yeganə qol 56-cı dəqiqədə vurulub - Stiven Alsate fərqlənib.
Bu, 22 yaşlı kolumbiyalının İngiltərə Premyer Liqasında debüt qoludur.
Qeyd edək ki, "Brayton end Houv Albion"la "Liverpul" arasında əvvəlki qarşılaşma 2020-ci ilin 28 noyabrında olub və 1:1 hesablı heç-heçə ilə qurtarıb.
"Liverpul" İngiltərə çempionatında ikinci ev matçını ardıcıl uduzub. Komanda 18-ci turun matçında "Bernli"yə 0:1 hesabı ilə məğlub olub.
Yurgen Kloppun yetirmələri 22 matçda 40 xal yığıblar və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün yarış cədvəlində 4-cü yeri tuturlar. Aktivində 24 xalı olan "Brayton" 15-ci yerdə qərarlaşıb.
Bu, "Liverpul"un 1984-cü ilin 29 yanvarından "Brayton"a ilk məğlubiyyətidir. Həmin il İngiltərə Kubokunun "Brayton" "Liverpul"a 2:0 hesabı ilə qalib gəlmişdi.
Komandalar 1984-cü ildən bu günə kimi 12 görüş keçiriblər. Qarşılaşmaların 10-da "Liverpul" qalib olub, 2 matç isə heç-heçə başa çatıb.