İngiltərənin "Liverpul" futbol komandasının baş məşqçisi Yurgen Klopp ölkə Premyer Liqasının XXVII turunun mərkəzi görüşündə “Çelsi”yə qarşı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.
"Məsələ "Enfild"də deyil, problem ümumidir. Həlledici vəziyyətlərdə daha yaxşı davranmalı, bacarıqlarımızı nümayiş etdirməliyik. Biz həmişə buna nail ola bilmirik. Bu, ciddi zərbədir, amma son deyil. Futbol matçlarında qalib gəlməliyik", - mütəxəssis deyib.
Qeyd edək ki, qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Matçda yeganə qolu 42-ci dəqiqədə Meyson Maunt vurub.
"Çelsi" bu oyundan sonra 47 xal yığaraq İngiltərə Premyer Liqasının yarış cədvəlində dördüncü yerə yüksəlib. "Liverpul" isə 43 xalla yeddinci yerdə qərarlaşıb.