“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurub

“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurub İspaniyanın yığması və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını başa vurmaq qərarına gəlib.
Futbol
7 İyul , 2024 18:46
“Liverpul”un sabiq futbolçusu karyerasını başa vurub

İspaniya yığması və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını başa vurmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə italiyalı futbol insayderi Fabritsio Romano sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, 33 yaşlı ispaniyalı futbolda başqa rolda təmsil olunacaq.

Daha öncə mətbuatda idmançının Hans-Diter Flikin “Barselona”dakı məşqçilər korpusunda yer ala biləcəyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Tyaqo Alkantaranın sonuncu klubu 2020-ci ildən çıxış etdiyi İngiltərə “Liverpul”u olub. Ötən mövsümü zədədən dolayı, demək olar, buraxmalı olan futbolçu dörd il ərzində “qırmızılar”ın heyətində ümumilikdə 98 dəfə oyuna çıxıb və üç dəfə qol, həmçinin altı məhsuldar ötürmə ilə fərqlənib. Daha əvvəl oyunçu Almaniya “Bavariya”sı və yetirməsi olduğu İspaniya “Barselona”sında forma geyinib. Futbolçu hər iki klubun heyətində Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi