İrlandiyanın "Atlon" klubunun futbolçusu Qlen Makoli ölkə kubokunun oyununda baxımlı qol vurub.
"Report"un məlumatına görə, "Ueterford"la matçın 124-cü dəqiqəsində topu meydanın mərkəzindən birbaşa rəqib qapısına göndərən 21 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.
Gənc forvard bu qolla hesabı bərabərləşdirib - 4:4. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (4:2) "Ueterford" komandası növbəti mərhələyə adlayıb.
Qeyd edək kİ, Qlen Makoli 2016 - 2019-cu illərdə İngiltərə "Liverpul"unda çıxış etsə də, əsas komandaya yüksələ bilməyib.