İngiltərə "Liverpul"u baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
Xəbər Mersisayd təmsilçisinin tviter hesabında Kloppun çəkdiyi video ilə paylaşılıb.
Təəssüratlarını bölüşən 55 yaşlı baş məşqçi "Liverpul"a aşiq olduğunu bildirib: "Burada özümü yaxşı hiss edirəm. Buna görə çox şanslıyam".
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Klub onun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA Çempionlar Liqasını və Superkubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb.