Lüksemburq yığmasının qapıçısı Ralf Şonun Azərbaycan millisinə qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu üçün heyətə salınmasının səbəbi bəlli olub.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Lük Holts mətbuat konfransında bildirib.
Holts 31 yaşlı qolkiperin tezliklə ata olacağı üçün toplanışa qatılmayacağını söyləyib: "Şon həyat yoldaşının yanında olmaq istədiyindən, Azərbaycana səyahət etməyəcək".
53 yaşlı mütəxəssis Norveçin "Brann" klubunda çıxış edən Lars Jersonun zədəli olduğunu xatırladıb: "Bu, həm futbolçu, həm də bizim üçün yaxşı hal deyil. Çünki mən onu özümlə aparmaq istəyirdim. Jerson ən qısa zamanda sıraya dönməkdən ötrü çalışmalıdır".
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.