2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun təyinatları açıqlanıb.
"Report" xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi İrfan Peltoya yan xətt hakimləri Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.
Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.