Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin Bakıda Azərbaycana qarşı keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyununda iştirak etməyəcəyi dəqiqləşib.
"Report"un yerli mətbuata istinadən məlumatına görə, Belçikanın "Yunion" klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb.
Onun əvəzinə yığmaya "Fola" komandasının üzvü Manu Kabralın cəlb olunacağı gözlənilsə də, baş məşqçi Lük Holts başqa qərar qəbul edib. 52 yaşlı mütəxəssis ata olacağı üçün yığmanın düşərgəsinə qoşulmaq istəməyən digər qapıçı Ralf Şonu fikrindən daşındıra bilib. Beləliklə, Bakıdakı oyunda Morisi Norveçin "Brann" klubunun qolkiperi əvəzləyəcək.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.