Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında debüt edib.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu İspaniyada "Sevilya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda meydana daxil olub.
Forvard 57-ci dəqiqədə Deni Yuriçi əvəzləyib.
Qeyd edək ki, hazırda "Sevilya" 3:1 hesabı ilə öndədir.