Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun evdə "Şibenik"ə qarşı keçirəcəyi Xorvatiya I liqasının 26-cı tur oyunu üçün start heyəti açıqlanıb.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu meydana ilk dəfə start "11-liy"ində çıxacaq. Bu, forvardın ölkə çempionatında debüt matçı olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.