Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda oktyabrın ən zəif oyunçusu seçilib.
"Report" xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə -5 xala layiq görülüb.
Azərbaycanlı forvardın bu ay qol vura bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.
Qeyd edək ki, "Legiya" oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında "Svit Skolvin"i minimal hesabla yenib - 1:0.