Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında ilin ən yaxşı legioneri seçilib.
"Report" Varşa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu azarkeşlər arasında sorğu nəticəsində bu ada yiyələnib.
Emreli 42 faizlə komanda yoldaşlarını qabaqlayıb. Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pexart 19 faizlə üçüncü olub.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm vurduğu 11 qolla "Legiya"nın ən sərrast futbolçusudur. Onun Polşa klubundan ayrılacağı ehtimal olunur.