Polşanın "Legiya" klubu "Krakoviya"ya qarşı keçirəcəyi Ekstraklasanın XVII tur oyunundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu yayımlayıb.
"Report"un məlumatına görə, Varşava təmsilçisi instaqram hesabında komandanın bu gün qələbə üçün meydana çıxacağını bildirib.
24 yaşlı hücumçu paylaşıma reaksiya verib. Emreli həmin postu paylaşaraq "Highly motivated" (yüksək motivasiyalı) yazıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Krakoviya" - "Legiya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.