Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq

Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uy
Futbol
12 Oktyabr , 2021 08:55
Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq
Mahir Emreli

Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi