Polşa polisi "Legiya" klubunun futbolçularının azarkeşlərin hücumuna məruz qalması ilə bağlı insidentin araşdırmasını başa çatdırıb.
"Report" xəbər verir ki, hüquq mühafizə orqanları hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.
Şahidlərin dindirildiyi və heç kimin şikayətçi olmadığı bildirilib. Bu səbəbdən iş bağlanıb.
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Azərbaycan millisinin hücumçusu Mahir Emrelini, həmçinin braziliyalı futbolçu Lukinyası döyüblər. Nəticədə hər iki oyunçu klubdan ayrılmağı qərara alıb. Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna, Lukinyas isə ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.