Mahir Emrelinin komandası doğma meydanda qalib gəlib

Mahir Emrelinin komandası doğma meydanda qalib gəlib Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.
Futbol
5 Oktyabr , 2024 17:03
Mahir Emrelinin komandası doğma meydanda qalib gəlib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.

"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.

Son xəbərlər

Orphus sistemi