Mahir Emrelinin zədəsi ilə bağlı məsələyə aydınlıq gəldi

Mahir Emrelinin zədəsi ilə bağlı məsələyə aydınlıq gəldi "Qarabağ"dan Polşa "Legiya"sına keçəcək Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXVIII tur oyununda aldığı zədə ciddi deyil
Futbol
20 May , 2021 09:46
Mahir Emrelinin zədəsi ilə bağlı məsələyə aydınlıq gəldi
Mahir Emreli

"Qarabağ"dan Polşa "Legiya"sına keçəcək Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXVIII tur oyununda aldığı zədə ciddi deyil.

"Report"un məlumatına görə, bu barədə 24 yaşlı hücumçunun keçmiş komanda yoldaşı, hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Yakub Jezniçak açıqlama verib.

"Məndən tez-tez soruşan "Legiya" fanatları üçün: Mahir yüngül zədələnib, ciddi bir şey yoxdur" deyə o vurğulayıb.

Jezniçak Emrelinin güclü oyunçu olduğunu və "Legiya"ya uyğun gəldiyini əlavə edib: "Özüm "Qarabağ"da oynadığım vaxt biz dost idik və hələ də ideal münasibətlərimiz var".

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları qarşılaşmanın ardından mətbuat konfransında Mahir Emrelinin klubdan ayrılacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi