"Yaxşı komandaya qarşı oynayırdıq. Amma matça inamlı başladıq. Nəticə bizim üçün də sürpriz oldu".
"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib: "Neftçi" kimi komandanı udmaq asan deyil. İlk matçda buraxdığımız qollardan sonra ikinci görüşə daha hazır gəldik. Oyunçularıma təşəkkür edirəm. Bu gecə tarix yazdıq".