"Makkabi"nin futbolçusu: "Özümüzə inanırıq"

"Makkabi"nin futbolçusu: "Özümüzə inanırıq" "Çempionlar Liqasında qrup mərhələsinə çıxmağa çox yaxın idik. Amma son mərhələdə büdrədik. Bundan sonra Avropa Liqasında yaxşı debüt üçün hazırlığı gücləndirdik. Turnirə köklənmişik və özümüzə inanırıq".
Futbol
22 Oktyabr , 2020 09:19
Makkabinin futbolçusu: Özümüzə inanırıq
Daniel Tenenbaum

"Çempionlar Liqasında qrup mərhələsinə çıxmağa çox yaxın idik. Amma son mərhələdə büdrədik. Bundan sonra Avropa Liqasında yaxşı debüt üçün hazırlığı gücləndirdik. Turnirə köklənmişik və özümüzə inanırıq".

"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) klubunun oyunçusu Daniel Tenenbaum UEFA Avropa Liqasının I qrupunun ilk turunda bu gün "Qarabağ"la keçirəcəkləri matç barədə danışarkən deyib.

25 yaşlı qolkiper bildirib ki, turnirdə maksimum irəliləmək üçün əllərindən gələni edəcəklər: "Mübarizəyə tam heyətlə başlayacağıq. Çünki koronavirusa yoluxmuş bütün futbolçular artıq sağalıblar".

Qeyd edək ki, "Blumfild" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi