"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.
"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.
Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hazırda meydan sahibləri hesabda öndədir 1:0. "Makkabi"nin heyətində Yonaten Kohen 10-cu dəqiqədə fərqlənib.
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, fasiləyə meydan sahibləri hesabda öndə yollanıb - 1:0. "Makkabi"nin heyətində Yonaten Kohen 10-cu dəqiqədə fərqlənib.
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçında ilk qol vurulub.
"Report"un məlumatına görə, 10-cü dəqiqədə meydan sahibləri hesabı açıb.
"Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə İsrailin "Makkabi" komandasına qarşı matçı start götürüb.
"Report"un məlumatına görə, "Blumfild" stadionunda qarşılaşma saat 23:00-da başlayıb.
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edir.