İngiltərənin "Mançester Siti" komandası cari mövsümün sonunda futbolçusu Serxio Aquero ilə vidalaşacaq.
"Report"un məlumatına görə, bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb.
Bildirilib ki, argentinalı hücumçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. 33 yaşlı forvard "Mançester Siti"nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kubokunu qazanıb. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokuna sahib çıxıb.