İngiltərənin "Mançester Siti" klubu "Liverpul"un rekordunu təkrarlayıb.
"Report" "Gracenote Live" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" buna "Lids"i 7:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XVII tur oyununda nail olub.
Komanda 2021-ci ildə çempionatda 33-cü qələbəsini qazanıb. Mersisayd təmsilçisi isə 1982-ci ildə bunu bacara bilib.
Bundan əlavə, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola da yeni rekorda imza atıb. Komanda onun rəhbərliyi altında Premyer Liqada 500-cü qolu vurub. "şəhərlilər" buna 207-ci görüşdə çatıb. Əvvəlki rekord "Liverpul"a rəhbərlik edən Yurgen Kloppa məxsus idi. Son ölkə çempionu almaniyalı mütəxəssislə 234 qarşılaşmada 500 dəfə fərqlənib.