Argentina millisinin sabiq futbolçusu Pablo Zabaleta karyerasını başa vurub.
"Report" xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə "Twitter" hesabından məlumat verib. O, 18 ildən sonra futbolla vidalaşdığını bildirib.
Qeyd edək ki, Pablo Zabaleta son olaraq İngiltərənin "Vest Hem" klubunun formasını geyinib. 2014-cü ildə Braziliyadakı dünya çempionatında gümüş medal qazanan oyunçu İngiltərənin "Mançester Siti" və İspaniyanın "Espanyol" komandalarında da çıxış edib. O, 2011/2012 və 2013/2014 mövsümündə "Mançester Siti" ilə ölkə çempionu olub.