İngiltərənin "Mançester Siti" klubu baş məşqçi Xosep Qvardiola ilə müqavilənin müddətini uzadıb.
"Report" "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə iki illik yeni sözləşmə imzalanıb.
Müqaviləyə əsasən, o, komandaya 2023-cü ilin yayınadək rəhbərlik edəcək.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. O, 2017/2018 və 2018/2019 mövsümündə Premyer Liqanın qalibi olub.