"Mançester Yunayted" azarkeşi aksiya zamanı polislər tərəfindən döyüldü

"Mançester Yunayted" azarkeşi aksiya zamanı polislər tərəfindən döyüldü İngiltərədə "Mançester Yunayted" komandasının azarkeşlərinin klub rəhbərliyinə qarşı aksiyası zamanı yerli polislərin onlarla davranışı ölkə gündəmini zəbt edib
Futbol
3 May , 2021 18:02
Mançester Yunayted azarkeşi aksiya zamanı polislər tərəfindən döyüldü

İngiltərədə "Mançester Yunayted" komandasının azarkeşlərinin klub rəhbərliyinə qarşı aksiyası zamanı yerli polislərin onlarla davranışı ölkə gündəmini zəbt edib.

"Report"un məlumatına görə, hər şey hüquq-mühafizə orqanları əməkdaşlarının fanatlardan birini küçə ilə sürüdüyü videonun sosial şəbəkələrdə yayılmasından sonra üzə çıxıb.

Görüntülərdə bir neçə polisin tərəfdarla kobud rəftarı və onu döyməsi açıq-aşkar görünür. İnsident bununla da yekunlaşmayıb. Polislər fanatın döyülməsini lentə alan jurnalistlərdən həmin görüntüləri silməyi tələb ediblər.

Qeyd edək ki, azarkeşlərin çaxnaşma törətməsi səbəbindən XXXIV turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi