İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün oyunları azarkeşsiz keçirilsə, "Mançester Yunayted" digər klublardan daha çox ziyana düşəcək.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, qarşılaşmalar boş tribunlar önündə gerçəkləşsə, "qırmızı şeytanlar" 150 milyon avro itirəcək.
"Arsenal" isə 133 milyon avrodan məhrum olacaq. Bu, "topçular" üçün ciddi itkidir, çünki bilet satışı London təmsilçisinin gəlirlərinin dörddə birini təşkil edir.
Qeyd edək ki, daha əvvəl oktyabrın 1-dən azarkeşlərin oyunlarda iştirakına icazə verilsə də, qərar sonradan dəyişib.