İngiltərə Premyer Liqasının IX turunda "Liverpul"a 0:5 hesabı ilə uduzan "Mançester Yunayted" klubu baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərməyəcək.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi 48 yaşlı mütəxəssislə yolları ayırmağı hələlik nəzərdən keçirmir.
Bundan əlavə, nəşr Mançester təmsilçisinin italiyalı baş məşqçi Antonio Konte ilə təmasları barədə iddiaları saxta adlandırıb.
Qeyd edək ki, "Mançester Yunayted" 9 turdan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb.