İngiltərə "Mançester Yunayted"inin sahibi olan ailə klubun 9,5 milyon səhmini satıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, Kevin və Edvard Qleyzer "qırmızı şeytanlar"dakı 8 faizlik paylarını 186,86 milyon avroya satıblar.
Bu razılaşmadan sonra Qleyzer ailəsi "Mançester Yunayted"də səhmlərinin 69 faizini saxlayıb.
Qeyd edək ki, Malkolm Qleyzer klubu 2005-ci ilin mayında alıb.