İngiltərə Kubokunun 1/8 final matçında "Mançester Yunayted" "Vest Hem"i qəbul edib.
“Report” xəbər verir ki, görüş Mançesterdə "OldTrafford" stadionunda olub və "qırmızı şeytanlar"ın 1:0 hesablı qələbəsi ilə qurtarıb.
"Mançester Yunayted" İngiltərə Kubokunda ardıcıl olaraq doqquzuncu ev oyunu qələbəsini qazanıb. Bu, yarışda ən uzun ev oyunları qələbə seriyasıdır. Əvvəlki göstərici 1908-ci ildən 1912-ci ilə qədərki dövrü əhatə edir.
Beləliklə, "Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb, "Vest Hem" yarışda iştirakını dayandırıb. Xatırladaq ki, bundan əvvəl "qırmızı şeytanlar" "Liverpul"a 3:2 hesabı ilə qalib gəliblər.