"Mançester Yunayted" klubunun futbolçusu sürücülük hüququndan məhrum edilib

"Mançester Yunayted" klubunun futbolçusu sürücülük hüququndan məhrum edilib İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.
Futbol
19 İyul , 2024 10:12
Mançester Yunayted klubunun futbolçusu sürücülük hüququndan məhrum edilib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.

"Report" "Manchester Evening News"a istinadən xəbər verir ki, 26 yaşlı forvard magistral yolda sürət həddini aşıb.

Məhkəmə M.Reşfordu 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edib. O, həmçinin 1666 funt sterlinq (2000 avro) cərimələnib.

Son xəbərlər

Orphus sistemi