İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqadakı ev oyunlarında qələbə sayında rekord əldə edib.
"Report"un məlumatına görə, bu, XXIX turda "Tottenhem" üzərində 3:2 hesablı qələbədən sonra gerçəkləşib.
"Qırmızı şeytanlar" 400-cü ev qələbəsini qazanaraq, bu həddə çatan ilk komanda olub. Qalibiyyətlərin ən çoxu - 23-ü məhz "Tottenhem" üzərində əldə olunub.
Qeyd edək ki, hazırda "Mançester Yunayted" Premyer Liqada 29 oyundan 50 xalla 4-cü yerdə gedir. "Tottenhem" isə 45 xalla 7-cidir. Turnir cədvəlinə 69 xala malik "Mançester Siti" başçılıq edir.