Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib

Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib Argentina hökuməti millinin keçmiş futbolçusu Dieqo Maradonanın anadan olduğu və həyatının ilk illərini keçirdiyi evə tarixi abidə statusu verib.
Futbol
27 Oktyabr , 2021 21:14
Maradonanın anadan olduğu evə tarixi abidə statusu verilib

Argentina hökuməti millinin keçmiş futbolçusu Dieqo Maradonanın anadan olduğu və həyatının ilk illərini keçirdiyi evə tarixi abidə statusu verib.

"Report"un məlumatına görə, bununla bağlı ölkə prezidenti Alberto Fernandes müvafiq fərman imzalayıb.

Veteran hücumçunun Vilya-Fiorito şəhərindəki Asamor küçəsi 523 ünvanında yerləşən evi ölkə üçün tarixi dəyərə malik olan yer elan edilib.

3 otaqdan ibarət evin qarşısında mərhum futbolçunun məşqə başladığı stadion var.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub.

Son xəbərlər

Orphus sistemi