Maradonanın həkimi məhkəmə qarşısına çıxır

Maradonanın həkimi məhkəmə qarşısına çıxır Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.
Futbol
26 İyun , 2021 11:49
Maradonanın həkimi məhkəmə qarşısına çıxır
Dieqo Maradona və Leopoldo Luke

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, o, sabiq oyunçunun əvəzinə bəzi sənədlərə imza atmaqda günahlandırılır.

Maradonanın saxta imzasının yer aldığı sənədlər hüquq-mühafizə orqanları tərəfindən Lukenin ofisində və evində aşkarlanıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib. Leopolde Luke daha əvvəl Maradonanın ölümündə də ittiham olunub.

Son xəbərlər

Orphus sistemi