Argentinanın Cronica TV kanalı əfsanəvi futbolçu Dieqo Maradonanın həyatı barədə çəkilmiş son videoyazını nümayiş etdirib.
"Report"un məlumatına görə, çəkiliş Maradonanın ölümündən bir neçə gün əvvəl beynində əməliyyat aparıldıqdan sonra aparılıb. Çarxda keçmiş hücumçu müalicə həkimi Leopoldo Lukeyə müraciət edir.
Maradona deyir: "Salam, Luke. Çapığım qalsa da, qaydasındayam. Bilirsən ki, belə intim məqamlar xoşuma gəlmir. Lakin yaxşı dostların əhatəsində açılışa bilirəm. Öpürəm səni, Luke. Leopoldo Xasinto Luke".
Həkim Luke mərhum futbolçunun bir sıra mühüm sənədi saxtalaşdırmaqda ittiham olunur. Maradonanın saxta imzası olan sənədləri Lukenin ofis və evinin axtarışları zamanı hüquq-mühafizə orqanlarının nümayəndələri tapıb. Kalliqrafik ekspertizadan sonra saxtalaşdırma faktı təsdiqlənib.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib. Ölümə rəsmi səbəb kimi ürək dayanması göstərilib.