Marian Berki: "Azərbaycan millisinə final mərhələsində uğurlar arzulayıram"

Marian Berki: "Azərbaycan millisinə final mərhələsində uğurlar arzulayıram" "Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq".
Futbol
8 Aprel , 2021 21:02
Marian Berki: Azərbaycan millisinə final mərhələsində uğurlar arzulayıram

"Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq".

"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki evdə Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis nəticəyə görə məsuliyyəti öz üzərilərinə götürdüyünü bildirib: "Əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, 3 xalı biz qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.

Son xəbərlər

Orphus sistemi