Fransa çempionatında üçüncü turun matçında “Marsel” səfərdə PSJ-yə qalib gəlib.
“Report” xəbər verir ki, görüş 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Görüşdə yeganə qolu F.Tuven vurub (31-ci dəq.). Görüşün əlavə vaxtında futbolçular arasında baş verən qarşıdurma nəticəsində PSJ-dən L.Kurzava, L.Paredes və Neymar, “Marsel”dən isə C.Amavi və D.Benedetto meydandan qovulub.
Qeyd edək ki, 2011-ci ildən bəri “Marsel” ilk dəfə olaraq PSJ-yə qalib gələ bilib.