"Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq".
"Report"un "Ledauphine" nəşrinə istinadən məlumatına görə, Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.
62 yaşlı mütəxəssis oyunlar arasında vaxt azlığının ən böyük çətinlik olduğunu bildirib: "Bu görüşə hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.