"Marsel"in futbolçuları arasında gərginlik baş verib

"Marsel"in futbolçuları arasında gərginlik baş verib UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Marsel" komandasının futbolçuları arasında gərginlik yaşanıb
Futbol
23 Fevral , 2022 11:21
Marselin futbolçuları arasında gərginlik baş verib

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Marsel" komandasının futbolçuları arasında gərginlik yaşanıb.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, insident "Klermon"a səfərdə 0:2 hesabı ilə uduzduqları XXV tur matçından osnra paltardəyişmə otağında baş verib.

Oyunçular ilk növbədə bir-birilərinə müxtəlif sözlər deyiblər. Dimitri Payet komandada təvazökarlığın çatışmadığını bildirib. Matteo Genduzi isə "Hər kəs istədiyini düşünməkdə azaddır" ifadəsini işlədib.

Bu, gərginliyin media önündə açıqlamalar vasitəsilə üzə çıxan hissəsidir. Paltardəyişmə otağında isə daha açıq formada ifadələr işlədilib.

Məsələnin kökündə o durur ki, komandanın baş məşqçisi Xorxe Sampaolinin bəzi qərarları suallar doğrurur. Lakin klub prezidenti Pablo Lonqoria argentinalı mütəxəssisin taktiki qərarlarına müdaxilə etmək istəmir.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi