Fransa "Marsel"inin yeni baş məşqçisi bəlli olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İqor Tüdora tapşırılıb. Xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
44 yaşlı baş məşqçi bu vəzifədə 3 gün öncə istefaya göndərilən Xorxe Sampaolini əvəzləyib.
Qeyd edək ki, Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi. "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlib - 3:1;3:0.