Fransanın Marsel şəhərində oyun zamanı futbolçulardan biri öldürülüb, digəri isə yaralanıb.
"Report" "La Provence" nəşrinə istinadən xəbər verir ki, hadisə şəhərin şimalında iki həvəskar komanda arasında keçirilmiş matçda baş verib.
Maşınla "La Marin" stadionuna gələn silahlı şəxslər futbolçulara atəş açıb. Hüquq mühafizə orqanları faktla bağlı istintaqa başlayıb.
Qeyd edək ki, Marselin şimalında müxtəlif dəstələr, xüsusən də narkotik alverçiləri arasında tez-tez silahlı atışmalar olur.