“İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik. Rəqib çox yaxşı oyun göstərdi".
"Report"un məlumatına görə, bu fikirləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek yoldaşlıq görüşündə Azərbaycanla qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan yığması görüş ərzində çox yaxşı qapanıb: "Biz isə topu qəbul edəndə daha çox İliçiçi topla təmin etməyə çalışırdıq. Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı”.