Mbappe Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib

Mbappe Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib "Real Madrid" komandasının hücumçusu Kilian Mbappe Turin "Yuventus"unun yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib.
Futbol
5 Oktyabr , 2024 06:45
Mbappe Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib

"Real Madrid" komandasının hücumçusu Kilian Mbappe Turin "Yuventus"unun yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib.

“Report” xəbər verir ki, o, sosial şəbəkələrdən birində buna reaksiyasını ifadə edib.

Mbappe Poqbanın paylaşımının altındakı şərhlərdə "Aman Tanrım" yazıb.

Qeyd edək ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi Pol Poqbanın dopinq testi müsbət nəticələnib. Fevralın 29-da Antidopinq Məhkəməsi onun dörd il müddətinə futboldan uzaqlaşdırılması qərarını təsdiqləyib. Poqba məhkəmənin qərarının ləğvi barədə apellyasiya şikayəti verib. Oktyabrın 4-də məlum olub ki, İdman Arbitraj Məhkəməsi (CAS) 31 yaşlı oyunçunun dopinqdən istifadə üçün təyin olunmuş diskvalifikasiya müddətini dörd ildən il yarıma qədər azaldıb.

Son xəbərlər

Orphus sistemi