İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla müqavilənin müddətini uzatmağa çox yaxındır.
"Report" "Mirror"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu sözləşmə ilə bağlı danışıqlarda güzəştə getməyə razı olub.
Misirli forvardın Mersisayd təmsilçisi ilə 3,5 illik yeni müqavilə imzalayacağı gözlənilir. Oyunçu daha əvvəl klubun həftəlik 475 min avroluq təklifini rədd edib.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna çıxıb, 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu UEFA Çempionlar Liqasında isə 8 dəfə fərqlənib. Salahın hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatmalıdır.