İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla müqaviləni uzatmaq üçün danışıqları davam etdirir.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Mersisayd təmsilçisinin tarixində ən çox maaş alan oyunçu ola bilər.
Hazırda misirli forvardın həftəlik məvacibi 233 min avrodur. Tərəflər sözləşməni 2025-ci ilədək artırmağı nəzərdən keçirir. Salahın müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildə İtaliyanın "Roma" klubundan 42 milyon avroya transfer olunub. O, ötən mövsüm Premyer Liqada 37 matçda iştirak edib, 22 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.