Argentina millisinin, İngiltərə "Liverpul"u və İspaniya "Barselona"sının sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçi "Goal" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, artıq futbolla vidalaşmağın vaxtı çatıb: "Son aylarda baş verənləri nəzərə alsaq, bu, ən düzgün qərardır. Hər zaman meydanda var gücümü ortaya qoymuşam. Bu gün eyni şeyləri etməyin mənim üçün çətin olduğunu görürəm. Mənə yenidən oynamaq şansı verən "Estudiantes" klubuna hörmətsizlik etmək istəmirəm".
Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının gümüş medallarını qazanıb. O, həmçinin millinin heyətində 2 dəfə olimpiadanın qalibi olub.